6 futbolçusunu saxlamağa qərar verdi - “Milan”
19.06.2020 - 16:38
İtaliyanın “Milan” klubu yeni mövsüm üçün heyətin formalaşdırmağa başlayıb.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisinin rəhbərliyi indiki heyətdən 6 futbolçunu saxlayacağını dəqiqləşdirib.
Bunlar Canluici Donnarumma, İsmael Bernardeski, Ante Rebiç, Teo Ernandes, Alessio Romanyoli və Hakan Çalhanoğludur. “Milan” mövsümlərarası fasilədə bu oyunçuları satmayacaq.
Qeyd edək ki, “Milan” A seriyasında növbəti oyununu iyunun 22-də keçirəcək.
0
0