Avropa çempionatlarının final mərhələlərinin yubiley qollarının siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəli Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) təqdim edib.
1960-cı ildən keçirilən yarışın həlledici raundlarında 286 matçda 687 qol vurulub. Bu isə o deməkdir ki, AVRO-2020-də vurulacaq 13-cü top 700-cü kimi tarixə düşə bilər. Bu qol Bakı Olimpiya Stadionuna da təsadüf edə bilər. Qrup mərhələsinin üç, 1/4 finalın bir matçını qəbul edəcək ölkəmizin bu tarixi qolu canlı izləməsi ilk turlardakı nəticələrdən asılı olacaq.
|
1 |
Milan Qaliç |
Yugoslaviya |
06.07.1960 |
Franse (5:4) |
Yarımfinal |
|
100 |
Alen Jiress |
Fransa |
16.06.1984 |
Belçika (5:0) |
Qrup |
|
200 |
Kim Vilfort |
Danimarka |
26.06.1992 |
Almaniya (2:0) |
Final |
|
300 |
Zlatko Zahoviç |
Sloveniya |
18.06.2000 |
İspaniya (1:2) |
Qrup |
|
400 |
Tyerri Anri |
Fransa |
21.06.2004 |
İsveçrə (3:1) |
Qrup |
|
500 |
Xavi |
İspaniya |
26.06.2008 |
Rusiya (3:0) |
Yarımfinal |
|
600 |
Nani |
Portuqaliya |
14.06.2016 |
İslandiya (1:1) |
Qrup |