8-ə çatdı – final mərhələsinin iştirakçıları
14.10.2020 - 10:21
8-ə çatdı – final mərhələsinin iştirakçıları

21 yaşadək futbolçular arasında AVRO-2021-in final mərhələsinin 6 iştirakçısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, seçmə mərhələnin növbəti oyunlarından sonra rəsmiləşib.

İngiltərə, Rusiya, İspaniya və Danimarka qrup qalibi adını təmin edib. Niderland və İsveçrə ilk iki yerdən birinin sahibi kimi final mərhələsinə yüksəlib. Sonuncular Azərbaycan millisinin də yer aldığı 2-ci qrupda ardıcıl 8 qələbə ilə buna nail olub.

Bununla da final mərhələsi Macarıstan və Sloveniyada keçiriləcək qitə çempionatında iştirakı dəqiqləşən komandaların ümumi sayı 8-ə çatıb. Digər iştirakçılar isə noyabrda baş tutacaq seçmə oyunlarında bəlli olacaq.

Qeyd edək ki, seçmə mərhələnin 9 qrup qalibi və ikinci yer sahibləri arasında ən yaxşı göstəriciyə malik 5 komanda həlledici raundda mübarizə aparacaq.
 

0
U-21 final mərhələsi