A seriyasında rekord - "Atalanta"dan
06.07.2020 - 09:20
İtaliya A seriyasının XXX turunda "Kalyari"nin qonağı olan "Atalanta" 1:0 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, bununla Berqamo təmsilçisi cari mövsüm 15 səfər görüşündə qol sayını 41-ə çatdırıb.
Bu isə A seriyası tarixində yeni rekorddur. İndiyə qədər heç bir komanda mövsüm ərzində 15 matçda bu qədər qola imza ata bilməyib. Ümumilikdə aktivində 83 qol olan "Atalanta" 63 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.
Qeyd edək ki, "Atalanta" növbəti matçını iyulun 8-də öz meydanında "Sampdoriya"ya qarşı keçirəcək.
0
0