A seriyasını tərk etdi, baş məşqçisi ilə vidalaşdı
03.08.2020 - 10:10
İtaliyanın “Spal” klubunun baş məşqçisi Luici di Byaco postunu tərk edib.
Apasport.az saytının məlumatına görə, A seriyasının son turunun “Fiorentina” ilə görüşü mütəxəssisin bu vəzifədə son matçı olub.
O, 1:3 hesablı məğlubiyyətdən sonra komandadan ayrılıb. Buna “Spal”ın uğursuz çıxış edərək aşağı liqaya yuvarlanması səbəb olub.
Qeyd edək ki, bu ilin fevralında baş məşqçi təyin olunan Di Byaconun yetirmələri A seriyasında sonuncu – XX yeri tutub.
0
0