AFFA, “Qarabağ” və DİN-in əməkdaşları UEFA-nın konfransında
12.09.2019 - 10:55
AFFA, “Qarabağ” və DİN-in əməkdaşları UEFA-nın konfransında

Yunanıstanın paytaxtı Afina şəhərində UEFA-nın Stadion və Təhlükəsizlik Konfransı keçirilir. 

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan da təmsil olunur.

AFFA-nın İnfrastruktur direktoru Kamran Vəliyev, həmçinin “Qarabağ” Futbol Klubunun və Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tədbirdə iştirak edir.