AFFA-nın Konfransı keçirilib
02.02.2022 - 12:29
AFFA-nın Konfransı keçirilib

Bu gün AFFA-nın 30-cu növbəti Konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbirdə 35 səs hüquqlu nümayəndənin 31 nəfəri iştirak edib.

AFFA-nın prezidenti Rövnəq Abdullayevın çıxışından sonra assosiasiyanın hesabat dövründəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Ardınca icraçı vitse-prezident Elxan Məmmədov hesabat məruzəsi ilə çıxış edib. 

Sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor  Elnur Kazımov hesabat veriblər. AVRO-2020 ilə bağlı videoçarxın nümayişindən sonra AFFA-nın İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev “AVRO-2020-nin irsi” mövzusunda, Marketinq və Sponsorluq Departamentinin müdiri Tural Piriyev isə “Futbolun İnkişafı Fondu” çərçivəsində tətbiq olunacaq yeni layihə barədə təqdimatla çıxış ediblər. Ardınca Hakimlər Komitəsinin sədri Fritz Stuchlik VAR sisteminin tətbiqi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

Konfransda iştirak edən UEFA nümayəndəsi Jozef Kliment və FIFA rəsmisi Nodar Axalkatsi çıxış edərək AFFA-ya və Azərbaycan futbol ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında qeyd edib ki, hesabat dövrü ərzində futbolun inkişafı, kütləviliyinin təmin olunması istiqamətində çoxsaylı işlər görülüb və layihələr icra olunub.

Çıxışlar başa çatdıqdan AVRO-2020-nin Bakıda keçirilmiş oyunlarında və AFFA-nın müxtəlif tədbirlərində səmərəli fəaliyyətinə görə 12 nəfər könüllü plaketlə təltif olunub. Plaketləri AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

AFFA prezidentinin yekun çıxışından sonra Konfrans başa çatıb. Konfransdan sonra AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir.