AFFA nümayəndəsini döymək istəyən məşqçi 15 oyunluq diksvalifikasiya edildi
25.09.2019 - 13:07
AFFA nümayəndəsini döymək istəyən məşqçi 15 oyunluq diksvalifikasiya edildi

Azərbaycanın “Ağsu” futbol klubunun baş məşqçisinə ağır cəza verilib.

APA-nın məlumatına görə, AFFA-nın İntizam Komitəsi klubun U-14 komandasının çalışdırıcısı Sönməz Quliyevi 15 oyunluq diskvalifikasiya edib.

Buna baş məşqçinin AFFA-nın Mərkəz region üzrə nümayəndəsinə qarşı təhqiredici ifadələr işlətdiyi və fiziki güc tətbiq etməyə, onu döyməyə cəhdi səbəb olub.

U-16 Liqasının “Xilə” ilə matçında “Qarabağ” futbolçusu Rəşad Soyunoğlu da hakimə qarşı təhqiredici ifadələr işlədib. Yeniyetmə futbolçunun cəzası 4 oyun olub.

Eyni liqanın “Neftçi” İK İB – “Keşlə” matçında qonaqların futbolçusu Hüseyn Quliyev təhqiredici ifadələr işlətdiyinə görə 3 matçlıq diskvalifikasiya edilib.

Futzal üzrə Azərbaycan liqasının II dəstəsinin “Hövsan”la matçında “Bibiheybət”in oyunçusu Balarza Qədirli hakimə qarşı təhqiredici ifadələr işlədib. Futzalçı 4 oyunluq kənarlaşdırılıb.