AL: Həftənin oyunçusu adına namizədlər açıqlandı
04.10.2019 - 03:12
AL: Həftənin oyunçusu adına namizədlər açıqlandı

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

APA-nın məlumatına görə, UEFA qrup mərhələsinin II turunda fərqlənən 4 oyunçunu fərqləndirib.

Bunlar Qabriel Martinelli (Arsenal), Donyel Malen (PSV), Rafael Forster (Lüdoqorets) və Mohammed Elyunusidir (Seltik). Turun ən yaxşısı azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.