Bu gün AVRO-2020-nin pley-off mərhələsinin son 4 oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, bu matçlardan sonra gələnilki final mərhələsinə yüksələcək komandalar bəlli olub.
D yolunda Gürcüstan öz meydanında Şimali Makedoniyaya uduzaraq, tarixi şansı qaçırıb.
A yolunda Macarıstan İslandiya önündə uzun müddət geridə olmasına baxmayaraq, son dəqiqələrdə nəinki məğlubiyyətdən qaçıb, hətta əzmkar qələbə də qazanıb.
B yolunda Şimali İrlandiya – Slovakiya və C yolunda Serbiya - Şotlandiya görüşündə eyni ssenari yaşanıb. Hər iki qarşılaşmada ev sahibləri son anda məğlubiyyətdən qurtulub və əlavə vaxta ehtiyac yaranıb. Belfastda Slovakiya 110-cu dəqiqə qolu ilə ikinci dəfə önə keçib və matçı qalibiyyətlə tamamlayıb.
Belqraddakı oyunda isə penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Şotlandiya penaltilər seriyasında 5:4-lük qələbə ilə Avropa çempionatına vəsiqə əldə edən son komanda olub.
Beləliklə, koronavirus pandemiyası səbəbindən bir il sonraya təxirə salınan və 12 şəhərdə baş tutacaq AVRO-2020-nin son 4 iştirakçısı Şimali Makedoniya, Macarıstan, Slovakiya və Şotlandiya olub.
AVRO-2020-nin pley-off mərhələsi
Final
12 noyabr
A yolu
23:45. Macarıstan – İslandiya - 2:1
Neqo, 88, Şoboşlai, 90+2 - Siqurdsson, 11
B yolu
23:45. Şimali İrlandiya – Slovakiya - 1:1, ə.v. 0:1
Şkrinyar, 88 (avtoqol) - Kuçka, 17, Duris,110
C yolu
23:45. Serbiya – Şotlandiya - 1:1, pen. 5:6
Yoviç, 90 - Kristi, 52
D yolu
21:00. Gürcüstan - Şimali Makedoniya - 0:1
Pandev, 56