Aftandil Hacıyevə bir zəng yetər – “Səbail”i debütanta dəyişməsi üçün
02.03.2022 - 13:04
Aftandil Hacıyevə bir zəng yetər – “Səbail”i debütanta dəyişməsi üçün

2022/23 mövsümündə Premyer Liqada iştirakı planlaşdırılan “Turan Tovuz” bununla bağlı çalışmalarını davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, bölgə təmsilçisi yayda futbolçu və məşqçi heyətində dəyişiklik edəcək.

Elvin Məmmədov, Vurğun Hüseynov kimi Premyer Liqada çıxış edən təcrübəli tovuzlulara göz dikən klub baş məşqçi axtarışını da sürətləndirib. “Turan Tovuz”u çalışdırmağa namizədlər sırasına hazırda “Səbail”ə rəhbərlik edən Aftandil Hacıyev də əlavə olunub.

Ciddi maliyyə problemi yaşayan paytaxt klubunda vəziyyət heç də ürəkaçan deyil və Hacıyevin yayda oranı tərk etməsi gözlənilir. Həm “Səbail”, həm də “Turan Tovuz” AFFA tərəfindən idarə olunduğundan, Hacıyevin birindən digərinə keçməsi üçün bir zəng yetər. Ancaq bunun üçün ilk növbədə assosiasiya “Turan Tovuz”u elitaya buraxmalıdır.

Qeyd edək ki, Tovuz futbolu sonuncu dəfə Premyer Liqada 2012/13 mövsümündə artıq tarixin yaddaşına köçmüş “Turan”la təmsil olunub.

0