“Zirə”nin futbolçusu Ağabala Ramazanov transfer pəncərəsinin sonlarında klubunu dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, qəsəbə təmsilçisinin kapitanının “Neftçi”yə keçməsi gözlənilir.
Namiq Ələskərovun gedişindən sonra hücum xəttində ciddi problemlər yaşayan Bakı klubunun Ağabala ilə danışıqlara başladığı iddia olunur. Zədədən əziyyət çəkdiyindən ilk turda əvəzetmə ilə meydana çıxan forvardın yetirməsi olduğu və hələ avrokuboklarda mübarizə aparan komandaya keçməsi real hesab edilir.
Hərçənd futbolçunun qardaşı və meneceri Zaur Ramazanov bu xəbəri təkzib edib: “Belə bir məsələ yoxdur. Ağabala hazırda “Zirə”nin düşərgəsindədir. Onun ayağında yırtıq var”.
Qeyd edək ki, 28 yaşlı hücumçu 2020-ci ildən “Zirə”nin uğurları üçün çalışır.
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda