Alaba PSJ ilə oyuna çıxa biləcək?
03.03.2022 - 16:16
Alaba PSJ ilə oyuna çıxa biləcək?

“Real”ın müdafiəçisi David Alabanın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Avstriya millisinin üzvü omba nahiyəsindəki zədəsini sağaldıb.

30 yaşlı müdafiəçi artıq kollektivlə birgə məşqlərə qatılır. Bu isə o deməkdir ki, ulduz futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununda məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, “Real” - PSJ görüşü martın 9-da Madriddə keçiriləcək. Parisdəki ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
 

0