Ukrayna millisinin sabiq futbolçusu Anatoli Timoşuk titullarından məhrum edilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Ukrayna Futbol Assosiasiyası verib.
Qurumun Nizam-İntizam Komitəsi Rusiya “Zenit”ində məşqçi kimi çalışan ukraynalının “Pro” lisenziyasını da alıb. 42 yaşlı mütəxəssis dövlət və fəxri adlarını da itirib. O, Ukrayna çempionatı, kuboku və Superkubokunda qazandığı mükafatlardan da məhrum olunub.
Timoşukun adı Ukrayna yığmasında oynamış futbolçuların siyahısından da çıxarılıb. Onun Ukrayna ərazisində futbol fəaliyyətinə qadağa qoyulub.
Belə sərt cəzaya Ukrayna və Rusiya arasında yaşanan siyasi və hərbi gərginlik zamanı Timoşukun heç bir vətənpərvərlik nümayiş etdirməməsidir. O, hətta baş verənlərə baxmayaraq işinə davam edir.
Qeyd edək ki, Anatoli “Şaxtyor”la üç dəfə Ukrayna çempionu, üç dəfə kubokun sahibi, Superkubokun qalibi olub. Vətənində “Volın”da da oynamış Timoşuk Ukrayna yığmasındakı matç sayında (144) mütləq rekordçudur. O, 2017-ci ildən “Zenit”in məşqçilər korpusunda yer alıb.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ