İngiltərə Premyer Liqasının XXII turunda “Şeffild Yunayted”in qonağı olan “Vest Bromviç” 1:2 hesabı ilə uduzub.
Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada qonaqların qapıçısı Sem Conston Premyer Liqa tarixinə düşüb.
Cari mövsüm çempionatda 21-ci matçına çıxan 28 yaşlı qolkiperin buraxdığı qol sayı 50-yə çatıb. O, “Barnsli”nin sabiq qapıçısı Devid Uotsona məxsus ən qısa müddətdə 50 qol buraxmaq antirekordunu təkrarlayıb. Uotson 1997/98 mövsümündə bu göstəriciyə imza atıb.
Conston cari mövsüm yalnız bir dəfə – X turda “Şeffild Yunayted”lə ev görüşündə (1:0) qapısını toxunulmaz saxlamağı bacarıb.
Qeyd edək ki, 22 oyunda 12 xal toplayan “Vest Bromviç” 19-cu pillədə qərarlaşıb.