Araşdırma davam edir - "Mançester Siti" ilə bağlı
13.07.2020 - 13:58
İdman Arbitraj Məhkəməsi (CAS) "Mançester Siti"nin avrokuboklardan kənarlaşdırılma cəzasını ləğv etsə də, İngiltərə daxilində araşdırma davam etdirilir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa rəhbərliyi "şəhərlilər"lə bağlı istintaq aparırlar.
Qurum UEFA-nın iddiaları ilə yanaşı, klubun azyaşlı futbolçularla bağlı transfer siyasətini də araşdırır.
Qeyd edək ki, UEFA "Mançester Siti"ni Maliyyə Feyr-Pley qaydalarını pozduğu üçün 2 il müddətinə avrokuboklarda kənarlaşdırsa da, CAS bu gün cəzanı ləğv edib.
0
0