Türkiyə milli komandasının futbolçusu Arda Turanın məhkəməsi olub.
APA-nın məlumatına görə, bu gün futbolçuya hökm oxuyan məhkəmə onu 2 il 8 ay 15 gün həbs cəzası verib.
Arda Turan qorxu və panika yaradacaq şəkildə odlu silahdan atəş açmaq, icazəsiz silah gəzdirmək və bilərəkdən adam yaraladığı üçün belə cəzaya məruz qalıb. Bu cinayətlərə görə məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib.
Qeyd edək ki, futbolçu müğənni Berkayla arasında ötən il arasında yaşanan qalmaqala görə məhkəmə önünə çıxıb. Müğənni həyat yoldaşı Özləm Şahinlə əyləncə məkanlarından birində olarkən Arda Turan xanıma yaxınlaşaraq söz atıb və bu aralarında qalmaqala səbəb olub.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ