Qadın futbolçular arasında Çempionlar Liqasının 2019/20 mövsümünə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, turnirin bu gün keçirilən final matçında Fransanın “Lion” və Almaniyanın “Volfsburq” klubları üz-üzə gəlib.
İspaniyanın San-Sebastyan şəhərində təşkil olunan qarşılaşmada 4 qol vurulub. İlk yarıda iki qol vuran fransalılar fasilədən sonra bir top buraxsa da, sona yaxın yenidən fərqi iki topa çatdırıb - 3:1.
Bununla da “Lion” ardıcıl 5-ci, ümumilikdə 7-ci dəfə Çempionlar Liqasının qalibi olub. İki dəfə kuboku başı üzərinə qaldırmış “canavarlar” isə son 5 ildə 3-cü dəfə “Lion”a uduzub. 2013-cü ildə də bu komandalar arasında keçirilən finalda Almaniya təmsilçisi qalib gəlmişdisə, 2016 və 2018-ci illərdə “Lion” “Volfsburq”dan üstün olub.
Çempionlar Liqası
Qadınlar
Final
30 avqust
“Volfsburq” (Almaniya) - “Lion” (Fransa) – 1:3
Popp,55 - Le Sommer, 29, Kumaqai, 44, Qunnarsdottir, 88