Autsayderin müdafiəçisi üçün 24 milyon avro
18.04.2022 - 11:37
Autsayderin müdafiəçisi üçün 24 milyon avro

Premyer Liqanın autsayderi “Norviç”in futbolçusu Maksimilian Arons karyerasını daha iddialı klubda davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Mançester Yunayted” və “Arsenal”dan birinə keçə bilər.

Çempionlar Liqasına düşmək üçün mübarizə aparan klublar 22 yaşlı ingiltərəlini heyətinə qatmaq niyyətindədir. Sağ cinah müdafiəçisinin keçidinin 24 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Maksimilian cari mövsümün 28 matçında 1 qol ötürməsi verib.