Autsayderlərə qarşı: “Zirə” qənim, “Sabah” aciz
16.03.2022 - 11:35
Autsayderlərə qarşı: “Zirə” qənim, “Sabah” aciz

Azərbaycan Premyer Liqasında ilk “beşlik” komandalarının autsayderlərlə münasibətlərinə aydınlıq gəlib.

Apasport.az saytının hesablamalarına görə, çempionatın arxada qalan hissəsində iddialılar 40 dəfə son üç pillənin sahibini sınağa çəkib.

“Qarabağ”, “Zirə”, “Neftçi”, “Qəbələ” və “Sabah”ın yer aldığı “beşlik” zəiflərə aman verməyib. Baş tutan görüşlərin 75 faizində - 30 dəfə güclülər qalib gəlib. 

“Keşlə”, “Sumqayıt” və “Səbail”dən ibarət autsayderlər “trio”sunun aktivində cəmi 5 qələbə və 5 heç-heçə var. Zəiflərin qənimi “Zirə” hesab olunur. Rəşad Sadıqovun komandası iddiasız rəqiblərə xal verməyib. Qəsəbə klubu 9 oyunda 9 qələbə qazanıb.

“Qəbələ” də autsayderlərə uduzmayıb. “Qırmızı-qaralar” keçirdiyi 8 qarşılaşmada yalnız bir dəfə heç-heçə ilə xal itirib.

Son çempion “Neftçi” və indiki lider “Qarabağ” hərəyə bir dəfə məğlubiyyət alıb və 2 dəfə heç-heçə ilə kifayətlənib. Bir sözlə, Premyer Liqanın daimi sakini olan cütlük hərəyə 7 xal itirib.

Zəiflər önündə göstərdiyi acizlik “Sabah”ın digər 4 komandadan çox uzaq düşməsi ilə nəticələnib. Paytaxt klubu autsayderlərə artıq 3 dəfə uduzub. Bakılılar 7 görüşdə cəmi 4 dəfə qalib gələ bilib. 

1

Zirə

9

9

0

0

16-2

27

2

Qəbələ

8

7

1

0

20-3

22

3

Neftçi

9

6

2

1

17-7

20

4

Qarabağ

7

4

2

1

12-4

14

5

Sabah

7

4

0

3

9-6

12