Cari mövsüm avrokuboklarda ən az qol buraxan komandaların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, araşdırma Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası iştirakçıları arasında aparılıb.
İlk “10-luğ”a düşən komandaların hər biri Avropa arenasında mübarizəni davam etdirir. Siyahıya Avropa Liqasında iştirak edən “Qalatasaray”la Konfrans Liqasında mübarizə aparan “Gent” başçılıq edir. Adıçəkilən klublar qrup mərhələsindən bəri qapılarında cəmi 3 top görüblər.
Bu mövsüm Konfrans Liqasında pley-off mərhələsinə qədər irəliləməyi bacaran Azərbaycan təmsilçisi “Qarabağ” isə qrupdan etibarən ümumilikdə 14 qol buraxıb.
1-2. “Qalatasaray” (Türkiyə) - 3 qol
“Gent” (Belçika) - 3
3-4. “Çelsi” (İngiltərə) - 4
“Vest Hem (İngiltərə) - 4
5-9. “Bavariya” (Almaniya) - 5
LASK (Avstriya) - 5
“Alkmaar” (Niderland) - 5
“Lion” (Fransa) - 5
“Real” (İspaniya) - 5
10. “Lill” (Fransa) - 6