Avropa Liqasında turun futbolçusu adına 4 namizəd
20.09.2019 - 09:40
Avropa Liqasında qrup mərhələsinin I turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
APA-nın məlumatına görə, UEFA dörd iddiaçını müəyyənləşdirib.
Bunlar Bukayo Saka (Arsenal), Klaudio Keseru (Lüdoqorets), Nikolo Zaniolo (Roma) və Kevin Buadır (Bazel). Həftənin oyunçusu mükafatının sahibi azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.
0
0