Avropa çempionatlarının keçiriləcəyi ölkələr müəyyənləşib
24.09.2019 - 22:08
Avropa çempionatlarının keçiriləcəyi ölkələr müəyyənləşib

Bu gün UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasda bir sıra vacib qərarlar qəbul olunub.

Komitə qarşıdakı illərdə baş tutacaq yarışların ev sahiblərini də müəyyənləşdirib.

Avropa Liqası, final
2020/21. Sevilya, İspaniya


Futzal üzrə Avropa çempionatı
2022-ci il. Hollandiya

U-19-lar arasında Avropa çempionatı
2021-ci il. Rumıniya
2022-ci il. Slovakiya

U-19-lar (qızlar) arasında Avropa çempionatı
2021-ci il. Belarus
2022-ci il. Çexiya

Superkubok
2021-ci il. Belfast, Şimali İrlandiya

U-17-lər arasında Avropa çempionatı
2021-ci il. Kipr
2022-ci il. İsrail

U-17-lər (qızlar) arasında Avropa çempionatı
2021-ci il. Farer adaları
2022-ci il. Bosniya və Herseqovina