Avropa futbol tarixinin yığmasını açıqladı - Blatter
20.04.2020 - 12:54
Avropa futbol tarixinin yığmasını açıqladı - Blatter

FİFA-nın sabiq prezidenti Yozef Blatter Avropa futbol tarixinin rəmzi yığmasını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, isveçrəli mütəxəssis bu addımı qitə çempionatlarının 60 illik yubileyi münasibətilə atıb.

O, 3-4-3 sxemi ilə tərtib etdiyi komandada 9 ölkə təmsilçilərinə yer verib. Yalnız Niderland və Almaniya heyətdə iki futbolçu ilə təmsil olunub. İspaniyadan isə baş məşqçi və oyunçu rəmzi komandaya layiq görülüb.

Qapıçı: Lev Yaşin (Rusiya);
Müdafiəçilər: Paolo Maldini (İtaliya), Frans Bekkenbauer (Almaniya), Jerar Pike (İspaniya);
Yarımmüdafiəçilər: Yohan Kroyff (Niderland), Bobbi Mur (İngiltərə), Zinəddin Zidan (Fransa), Ferens Puşkaş (Macarıstan);
Hücumçular: Kriştianu Ronaldo (Portuqaliya), Uve Zeeler (Almaniua), Marko van Basten (Niderland).
Baş məşqçi: Visente del Boske (İspaniya).

0
Yozef Blatter rəmzi yığma FİFA