Avropa səhnəsində 11 ölkə qaldı
18.03.2022 - 11:21
Avropa səhnəsində 11 ölkə qaldı

Avrokubokların 1/8 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında mübarizəni davam etdirəcək 24 komanda bəlli olub.

Kubok şansı qalan bu klublar Avropanın 11 ölkəsini təmsil edir. 1/4 finalda daha çox təmsilçisi olacaq ölkə İngiltərədir.

Futbolun yaradıcılarının 5 komandası Avropa səhnəsini tərk etməyib. İspaniyanın 4 komandası avrokubok iddiasını qoruyur. Almaniyada üç komanda yoluna davam edir.

Ölkələrin 1/4 finaldakı təmsilçi sayı
1. İngiltərə - 5
2. İspaniya – 4
3. Almaniya - 3
4-7. İtaliya – 2
Fransa – 2
Portuqaliya – 2
Niderland – 2
8-11. Şotlandiya - 1
Yunanıstan - 1
Çexiya - 1
Norveç - 1