Avropada ən yaxşı braziliyalı futbolçu bilindi
02.02.2022 - 11:49
Avropada ən yaxşı braziliyalı futbolçu bilindi

Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar “Samba Gold” mükafatına layiq görülüb.

Apasport.az saytının məlumatına görə, hücumçu 2021-ci ildə Avropada legioner həyatı yaşayan ən yaxşı braziliyalı adını qazanıb.

Neymar ümumilikdə 5-ci dəfə bu titula sahib çıxıb. Ötən il də ən yaxşı seçilən forvard ardıcıl ikinci uğurunu qazanıb.

Qeyd edək ki, Neymar 2014, 2015, 2017 və 2020-ci ildə də mükafatın sahibi olub.