Azarkeşlər çempionat oyununu boykot edir - SƏBƏB
18.04.2022 - 16:38
“Barselona” azarkeşləri La Liqanın XXXII turunda “Kadiz”lə bu gün keçiriləcək oyunu boykot etmək qərarına gəlib.
Apasport.az saytının məlumatına görə, buna səbəb Avropa Liqasının 1/4 final mərhələsində “Ayntraxt”la (2:3) “Nou Kamp”dakı cavab görüşündə qonaq komandanın azarkeşlərinin çoxluq təşkil eləməsidir.
Kataloniya klubunun fəal fanatları turistlərə və qonaq komandaların azarkeşlərinə stadiona giriş imkanı verən sistemi pisləyiblər. Onlar rəhbərlik əleyhinə aksiya keçirməyi planlaşdırır.
Qeyd edək ki, “Barselona” – “Kadiz” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0