Azərbaycan - İsveçrə oyununun vaxtı dəqiqləşdi
18.09.2019 - 14:38
Azərbaycan - İsveçrə oyununun vaxtı dəqiqləşdi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti matçın vaxtı dəqiqləşib.

APA-nın məlumatına görə, İsveçrə ilə oyunun başlanma saatı müəyyənləşib. 

Oktyabrın 15-də keçiriləcək qarşılaşma 20:00-da başlayacaq. Görüş Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da təşkil olunacaq.