Azərbaycan – Lüksemburq matçı ilə bağlı açıqlama – AFFA-dan
11.08.2020 - 09:32
UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq matçının məkanı dəyişdirilməyəcək.
Bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.
Assosiasiya rəsmisi bildirib ki, sentyabrın 5-dəki qarşılaşmanın yerinin dəyişdirilməsi müzakirə mövzusu deyil. Həmin oyun sentyabrın 5-də Bakı Olimpiya Stadionunda olacaq.
Qeyd edək ki, Lüksemburq mətbuatı Azərbaycana girişlə bağlı problem olduğu üçün UEFA-nın matçı neytral meydana təyin edə biləcəyini iddia edib.
0
0