Azərbaycan klubları üçün 240 min avro – UEFA-dan
04.09.2020 - 12:04
Azərbaycan klubları üçün 240 min avro – UEFA-dan

UEFA Azərbaycanı Avropa Liqasında təmsil edən klublar üçün pul ayırıb.

Apasport.az saytının məlumatlına görə, “Neftçi”, “Keşlə” və “Sumqayıt” hərəyə 240 min avro əldə edib.

Bu vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. “Keşlə” klubu üçün ayrılmış maliyyə vəsaiti mövsümün birinci və ikinci yarısı nəzərdə tutulmaqla klubun cari xərclərinin ödənilməsinə yönəldiləcək.