Azərbaycan klublarının Ukraynaya “hücumu”
16.03.2022 - 10:47
Azərbaycan klublarının Ukraynaya “hücumu”

Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik bəzi ölkələrdə olduğu kimi, Azərbaycan klublarında da hərəkətliliyə səbəb olub.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçiləri, xüsusən də, Ukraynada çıxış edən oyunçulara ciddi maraq göstərirlər.

Ölkədə müharibə şəraiti hökm sürdüyündən Ukrayna Premyer Liqası dayandırılıb və orada oynayan əcnəbi futbolçular təhlükəsizliyə görə oranı tərk ediblər. Avropanın bir çox komandaları vəziyyətdən yararlanaraq həmin oyunçularla anlaşmağa çalışır. Azərbaycanda isə konkret olaraq “Neftçi”, “Sabah”, “Zirə” və “Qəbələ” adıçəkilən ölkədəki əcnəbi və yerli oyunçulara maraq göstərir.

Klublarımızın transfer siyahısında olan futbolçuların adlarını tezliklə sizə təqdim edəcəyik.