Azərbaycan millisi A divizionunda qaldı
09.09.2019 - 01:04
Azərbaycan millisi A divizionunda qaldı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super final (European Beach Soccer League) mərhələsində son oyununu keçirib. 

APA-nın məlumatına görə, komandamız A divizionunda qalmaq uğrunda keçirilən görüşdə Qazaxıstan yığması ilə qarşılaşıb. 

Elşad Manafov və Ramil Əliyevin vurduğu qollarla 2:1 hesablı qələbə qazanan milli A divizionundakı yerini qoruyub.