Azərbaycan millisi Albaniyada oynayacaq – Kiprlə
06.10.2020 - 17:45
Azərbaycan millisi Albaniyada oynayacaq – Kiprlə

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Kiprlə ev oyununun məkanı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, oktyabrın 13-dəki qarşılaşma Albaniyada baş tutacaq.

Oyun Elbasan şəhərinin stadionunda keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da veriləcək. 

UEFA-nın bu addımı atmasına səbəb Dağlıq Qarabağdakı hadisələr olub. Halbuki matçın Bakı Olimpiya Stadionunda oynanılması planlaşdırılırdı.

Qeyd edək ki, Azərbaycan – Kipr görüşünün Monteneqroda keçirilməsi ehtimalı da var idi. Yığmamız oktyabrın 10-da Podqoritsada məhz Monteneqronun qonağı olacaq.