Azərbaycan millisini İslamiadaya aparacaq baş məşqçi bəlli oldu
02.02.2022 - 13:10
Azərbaycan millisini İslamiadaya aparacaq baş məşqçi bəlli oldu

İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlayıb.

O bildirib ki, bu barədə qərarı İcraiyyə Komitəsi verib. Hazırlıq baxımından Azərbaycan millisi Samir Əliyevə həvalə olunub. 

Qeyd edək ki, İslam Oyunları avqustda Konyada təşkil olunacaq.