Azərbaycan millisinin Slovakiya və Belarusla ev matçının stadionu açıqlandı
02.02.2022 - 19:48
Azərbaycan millisinin Slovakiya və Belarusla ev matçının stadionu açıqlandı

Azərbaycan millisinin UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi iki oyunun stadionu müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yığmamızın Slovakiya və Belarusla ev matçları "Dalğa Arena"da keçiriləcək.

Komandamız müvafiq olaraq iyunun 10-da Slovakiyanı, üç gün sonra isə Belarusu adıçəkilən arenada qəbul edəcək.