Azərbaycan yığması Həştərxanda sonuncu oldu
25.09.2019 - 16:41
Azərbaycan yığması Həştərxanda sonuncu oldu

Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal üzrə “Caspian Cup-2019” turnirində III tura start verilib.

APA-nın məlumatına görə, Azərbaycan milli komandası son oyununda Qazaxıstanla görüşüb.

Milli bu qarşılaşmadan 2:5 hesablı məğlubiyyətlə ayrılıb. Komandanın heyətində Teles Tyaqo və Eduardo fərqlənib.

Beləliklə, turniri qələbəsiz başa vuran Joze Alesionun yetirmələri sonuncu yeri tutublar.

Qeyd edək ki, milli ilk turda Rusiyaya 1:2 hesabı ilə uduzub, ardınca İranla heç-heçə edib – 2:2.