Azərbaycanlı futbolçu AEK-dən geri göndərildi
26.01.2020 - 12:21
“Zaqatala”nın futbolçusu Famil Camalovun legioner həyatı yaşaması alınmayıb.
Apasport.az saytının məlumatına görə, həmyerlimiz Kiprin Yüksək Liqa təmsilçisi AEK-ə yollansa da, danışıqlar müsbət yekunlaşmayıb.
Larnaka təmsilçisi Camalovun xidmətində maraqlı olmayıb. Futbolçu ardınca Kiprdə bir neçə klubun düşərgəsində olsa da, bəyənilməyib. Nəticədə o, "Zaqatala"ya qayıdıb və komanda ilə məşqlərini bərpa edib.
Forvard yaya qədər Azərbaycan birinci divizionunda çıxış edəcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0