Bakayokonu alır - “Milan”
26.06.2020 - 10:10
İngiltərənin “Çelsi” klubunun futbolçusu Temue Bakayoko karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Milan”ın maraq dairəsinə düşüb.
O, son mövsümü icarə əsasında “Monako”da keçirib. “Milan” Bakayokoya 4 illik müqavilə təklif edir.
İtaliyalılar futbolçuya ildə 4 milyon avro verməyə hazırdır. Bu, onun indiki qazancından daha azdır. Yarımmüdafiəçi hazırda ilə 6,5 milyon alır.
Qeyd edək ki, bu transferdən “Çelsi”nin 20-25 milyon avro qazanacaq.
0
0