Bakı klubları üz-üzə gələcək – yoxlama görüşündə
01.09.2020 - 16:15
Premyer Liqanın II turuna hazırlığını davam etdirən klublar yoxlama görüşlərində qüvvələrini sınayacaqlar.
Apasport.az saytının məlumatına görə, “Keşlə” ilə “Səbail” bir-biriləri ilə üz-üzə gələcəklər.
Bu komandaların baş məşqçiləri sentyabrın 5-də futbolçularının hazırlıq durumu ilə tanış olacaq. “ASK Arena”da baş tutacaq “Keşlə” – “Səbail” qarşılaşması saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Premyer Liqanın II turunda “Keşlə” “Qarabağ”ı (11 sentyabr), “Səbail” isə “Zirə”ni (12 sentyabr) qəbul edəcək.
0
0