Millətlər Liqasının I turunda ən çox zərbə vuran komandalar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ilə Bakıdakı görüşdə “meydan sulayan” Lüksemburq da ən yaxşılar sırasına düşüb.
“Cırtdan ölkə” təmsilçisi 2:1 hesabı ilə qalib gəldiyi matçın 90 dəqiqəsində qapı istiqamətində 19 zərbə endirib. Millimizi belə çətin duruma salan rəqib Avropanın “Top-5”nə düşüb.
Mütləq rekord Portuqaliyaya məxsusdur. Avropa çempionu və Millətlər Liqasının qalibi Xorvatiya kimi rəqibin qapısına 26 zərbə endirməyi bacarıb. Çexiyada bu rəqəm 20-yə bərabərdir. Kosovo və İtaliya isə Lüksemburqla eyni göstəriciyə malikdir – 19 zərbə.