Şimali Makedoniya çempionatında III tura start verilib.
Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Şkupi" açılış oyununda “Belasika”nın qonağı olub.
Qarşılaşma ev sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb. “Şkupi” Bakı səfəri öncəsi 2:0 hesablı qələbəyə sevinib. Komanda hər iki qolu son dəqiqələrdə vurub. Dembo Darboe 89-cu dəqiqədə hesabı açıb, 90+2-ci dəqiqədə dublunu rəsmiləşdirib.
Komanda bu oyundan sonra 7 xalla birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Neftçi” – “Şkupi” görüşü avqustun 27-də “Bakcell Arena”da keçiriləcək.