Baş hakimi cəzalandırıldı - SƏBƏB
19.04.2022 - 15:31
Baş hakimi cəzalandırıldı - SƏBƏB

La Liqanın Arbitraj Komitəsi İspaniya çempionatının XXXII turunun “Sevilya” – “Real” matçını idarə edən Gilyermo Kuadra Fernandesi cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb madridlilərin 3:2 hesabı ilə qalib gəldiyi matçda referinin ciddi səhvlərə yol verməsi olub.

Qarşılaşmanın ardından hər iki komandanın nümayəndələri hakimlikdən narazılıqlarını bildirib. “Sevilya” tərəfi hesab edir ki, “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa hesab 2:0 olarkən ikinci sarı vərəqəni almalı idi. Madridlilər isə iddia ediblər ki, Fernandes rəqibin qapısına təmiz penaltini verməyib və VAR-a baxıldıqdan sonra ləğv edilən Vinisyusun qolu sayılmalı idi.

Mübahisəli epizodları təhlil edən Arbitraj Komitəsi XXXIII turun “Espanyol” – “Rayo Valyekano” oyununa VAR hakimi təyin olunan Gilyermo Kuadra Fernandesi həmin görüşün hakimlər briqadasından uzaqlaşdırıb.