Baş məşqçi son oyununa çıxır
28.03.2022 - 17:39
Avstriya milli komandasının baş məşqçisi Franko Foda postunu tərk edəcək.
Apasport.az saytının məlumatına görə, Şotlandiya ilə sabah keçiriləcək yoldaşlıq oyunu almaniyalı mütəxəssisin postunda son matçı olacaq.
Foda 2017-ci ildən Avstriya yığmasına rəhbərlik edir. O, komandasını AVRO-2020-nin 1/8 finalına qədər daşıyıb.
DÇ-2022-nin pley-offuna qədər irəliləyən avstriyalıların Qətər yolunu Uels bağlayıb. Qaret Beyl və komanda yoldaşları yarımfinalda 2:1 hesabı ilə məğlub edib.
0
0