“Qarşıdakı yoldaşlıq görüşlərində məqsəd iyunda keçiriləcək Millətlər Liqasına mümkün qədər yaxşı hazırlaşmaq olacaq”.
Apasport.az saytının məlumatına görə, bunu Latviya yığmasının baş məşqçisi Daynis Kazakeviç deyib.
41 yaşlı mütəxəssis Küveyt və Azərbaycana qarşı keçiriləcək yoldaşlıq görüşlərinin onların inkişafına kömək olacağını düşünür: “Küveyt və Azərbaycanın rəqib seçilməsindən, həmçinin oyunların təqvimindən razıyam. Ötənilki üslubu nəzərə alsaq, performans və inkişaf üçün bu matçlar bizim üçün vacibdir. Əlbəttə ki, oyunlar zamanı müəyyən dəyişikliklər olacaq. Amma bu, rotasiya sayılmamalıdır”.
Qeyd edək ki, Latviya yığması martın 25-də Küveytlə, 29-da isə Azərbaycanla qarşılaşacaq.