Baş məşqçinin istefası qəbul olunmadı - Türkiyədə
05.07.2020 - 23:19
Türkiyə Super Liqasının XXX turunda "Fənərbaxça"ya məğlub olan (1:2) "Göztəpə"də baş məşqçi İlhan Palut istefa verib.
Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssisin istefası rəhbərlik tərəfindən qəbul olunmayıb.
Cari mövsümün 9-cu turundan sonra Tamer Tunanı əvəz edən Palut matçdan sonra rəhbərliyə ayrılmaq istədiyini rəsmi şəkildə bildirib. Lakin vitse-prezident Talat Papatya mətbuata açıqlamasında baş məşqçinin mövsümün sonuna qədər postunda qalacağını bildirib.
Qeyd edək ki, son 9 oyunda cəmi 1 qələbə qazanan "Göztəpə" hazırda 38 xalla 8-ci pillədə qərarlaşır.
0
0