Baş məşqçisini istefaya göndərdi - "Trabzonspor"
31.10.2020 - 13:44
Türkiyənin “Trabzonspor” klubunda baş məşqçi ayrılığı rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, “bordo-mavililər” Eddi Nyutonu istefaya göndərib.
Uğursuz mövsüm keçirən Qara dəniz təmsilçisinin Super Liqanın VII turunda “Kasımpaşa”ya 3:4 hesablı məğlubiyyət rəhbərliyin səbr kasasını daşırıb. Baş məşqçi postuna ilk namizədlər Tamer Tuna və Abdullah Avcıdır.
Qeyd edək ki, "Trabzonspor" hazırda 5 xalla 18-ci pillədə qərarlaşıb.
0
0