Baş məşqçiyə yeni təklif – “Napoli”dən
24.10.2020 - 14:44
İtaliyanın “Napoli” klubu baş məşqçi Cennaro Qattuzoya yeni müqavilə təklif edəcək.
Apasport.az saytının məlumatına görə, bunu Neapol təmsilçisinin idman direktoru Kristiano Cuntoli açıqlayıb.
O bildirib ki, mütəxəssis klub üçün asan olmayan dövrdə vəziyyəti düzəldə bilib və komanda yeni səviyyəyə qalxıb. Bu üzdən də Qattuzo ilə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, “Napoli” A seriyasının 4 turundan sonra 4-cü sırada yer alıb.
0
0