Başlama vaxtı açıqlandı - Azərbaycan Premyer Liqasının
08.08.2020 - 11:06
Başlama vaxtı açıqlandı - Azərbaycan Premyer Liqasının

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün start vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası (PFL) verib.

Qurum yekun müzakirələrdən sonra yeni mövsümün start tarixi kimi avqustun 21-ni müəyyənləşdirib. Bu qərar AFFA İcraiyyə Komitəsi tərəfindən yaradılmış İşçi Qrupunun təklifini, AFFA ilə aparılan müzakirələri, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın avqustun 10-dan açıq havada idman yarışlarına icazəsini nəzərə alınaraq verilib.