Belarus – Azərbaycan oyununun vaxtı dəqiqləşdi
01.02.2022 - 15:51
Belarus – Azərbaycan oyununun vaxtı dəqiqləşdi

Avropa çempionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb. 

Apasport.az azfutzal.az istinadən xəbər verir ki, 7-ci qrupda yer alan komandamızın bütün görüşləri Xorvatiya keçiriləcək. 

Qarşılaşmalar Karlovaç şəhərindəki “Mladost Arena”da baş tutacaq. Komandamız martın 16-da Belarus, ertəsi gün isə Xorvatiya yığması ilə qarşılaşacaq. Son dueldəki rəqibimiz isə Latviya futzalçıları olacaq.

16 mart 
19:00. Belarus – Azərbaycan
 
17 mart 
22:00. Xorvatiya – Azərbaycan

19 mart
19:00. Azərbaycan – Latviya