Belçika millisindən çıxarıldı – De Bruyne
13.10.2020 - 10:58
Belçika millisindən çıxarıldı – De Bruyne

Millətlər Liqasının IV turunda İslandiya ilə qarşılaşacaq Belçika yığması ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, komandanın aparıcı futbolçularından olan Kevin De Bruyne heyətdən çıxarılıb.

Buna səbəb 29 yaşlı yarımmüdafiəçinin səhhətində yaranan problemdir. İngiltərə ilə son qarşılaşmanın (1:2) 73-cü dəqiqəsində əvəzlənən “Mançester Siti”nin üzvü artıq klubunun düşərgəsinə qayıdıb.

Qeyd edək ki, A liqasının 2-ci qrupu çərçivəsində İslandiya - Belçika oyunu oktyabrın 14-də Reykyavikdə keçiriləcək.
 

0